İdman

"Sivasspor"da koronavirusa daha 3 yoluxma

25 Noyabr 2020 14:08
Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sivasspor"un daha 3 nəfər koronavirusa yoluxub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Sözügedən şəxslərdən 2-sinin futbolçu, 1-nin isə klub işçisi olduğu bildirilib. Onlar artıq karantinə alınıb.

Bunadək Türkiyə klubunda 6 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Sivasspor"u qəbul edəcək. Noyabrın 26-da Başakşəhər Fatih Terim stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.