İdman

“Səbail”də koronavirusa yoluxan futbolçularının adları bilindi

23 Noyabr 2020 17:27
Baxış: 594
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Səbail"də koronavirusa yoluxan futbolçuların adları bəlli olub.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 4 futbolçu bu üzdən heyətdən kənarlaşdırılıb.

Bunlar yarımmüdafiəçilər Əfran İsmayılov, Elgün Nəbiyev, Vüqar Bəybalayev və hücumçu Mirsayib Abbasovdur. Adıçəkilən oyunçulardan götürülən ikinci testin nəticəsi də pozitiv çıxdığından, onlar karantin şəraitində müalicə alırlar.

Bu üzdən həmin futbolçular Premyer Liqanın X turunda "Sabah"la bu gün baş tutacaq qarşılaşmanın iştirak ərizəsinə salınmayacaqlar.

Qeyd edək ki, noyabrın 21-də keçirilməli olan "Sabah" - "Səbail" qarşılaşması məhz qonaqların 4 oyunçusunun koronavirusa yoluxması səbəbindən bu günə təxirə salınıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.