İdman

Baş məşqçi 2 aydan sonra qovuldu

23 Noyabr 2020 17:05
Baxış: 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Ankaragücü" klubu baş məşqçisi Fuat Çapa ilə yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Superliqanın 9-cu turunda səfərdə "Göztepe"yə 1:3 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi bu qərarı verib.

Qeyd edək ki, Fuat Çapa "Ankaragücü"yə bu il sentyabrın əvvəlində baş məşqçi təyin edilmişdi. Komanda hazırda 7 oyundan sonra 2 xalla sonuncu - 21-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.