“Azərbaycanımla, xalqımla qürur duyuram” - İnna Rıskal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Öncə başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan xalqını təbrik edirəm".
Milli.Az bildirir ki, bunu apasport.az saytına açıqlamasında voleybol əfsanəsi İnna Rıskal deyib.
Uzun illər sabiq SSRİ millisinin və Bakının "Neftçi" klubunun şərəfini qorumuş 76 yaşlı veteran idmançı Azərbaycan Ordusunun zəfərindən danışıb. Erməni vəhşiliyini pisləyən veteran voleybolçu qələbə münasibəti ilə xalqımızı təbrik edib: "Belə gözəl günləri bizlərə nəsib etdiyinə görə Prezidentimizə və Azərbaycan əsgərlərinə təşəkkür edirəm. Müharibədə şəhid olan igidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına başsağlığı verir, yaralı oğullarımıza isə şəfalar diləyirəm. Doğrusu, sentyabrın 27-də eşidəndə ki, Azərbaycanın işğal olunmuş torpaqlarında müharibə başlayıb, düşmənlərimiz yenidən Azərbaycan torpağına hücum edib, çox pis olmuşdum. Bu bizim üçün gözlənilməz idi. Neçə illər Azərbaycan torpaqlarını işğalda saxlayan düşmənin yenidən hücuma keçməsi, dinc əhaliyə hücum etməsi vəhşilikdir".
Olimpiya Oyunlarında iki qızıl, iki gümüş medal qazanan Rıskal Azərbaycan Ordusunun Vətən Müharibəsində yeni tarix yazdığını xüsusi vurğulayıb: "Bütün vəhşiliklərə baxmayaraq, Azərbaycan bu gün qalib gəldi, 30 il düşmən işğalında olan torpaqlarını azad etdi. Bilirsiniz, Qarabağ həmişə Azərbaycanın tərkibində olub. Bugünkü kimi yadımdadır, mən gənc olanda biz Qarabağda tez-tez təlim-məşq toplantıları keçər, yarışlar təşkil edərdik. Çox sevinirəm ki, Azərbaycan tarixi torpaqlarına qovuşdu. Azərbaycan bu gözəl yerlərdə yenidən gözəl tədbirlər, yarışlar keçirəcək. Buna inanıram. Çünki Azərbaycan çox güclü ölkədir. Artıq neçə ildir ki, ölkəmiz bir çox beynəlxalq yarışlara, təbirlərə ev sahibliyi edir. Təşkilatçılıq işləri, yüksək qonaqpərvərlik və ölkəmizin gündən-günə daha da inkişaf etməsi hər zaman bütün iştirakçılar, qonaqlar tərəfindən uzun müddət danışılıb".
Müəyyən müddətdir Rusiyada yaşayan Rıskal vətən üçün darıxdığını, Qələbə Günü münasibətilə təşkil olunacaq tədbirlərdə Azərbaycana gəlmək arzusunu dilə gətirib: "Mən bakılıyam, valideynlərim də burada dünyaya gəliblər. Bakı, Azərbaycan mənim - bizim vətənimizdir. Azərbaycanı, vətənimi çox sevirəm. Ölkəmiz hər zaman çoxlu millətlərin xoşbəxt, firavan yaşadığı ölkə olub və bu gündə belədir. İnsanlar Azərbaycanda rahat, dost kimi, qardaş kimi mehriban yaşayırlar. Əlbəttə, bütün bunlara görə hər kəs ölkə başçımıza minnətdar olmalıdır. Öz adımdan cənab Prezidentimizə bir daha təşəkkür edirəm, Azərbaycanın daha da güclü və gözəl ölkə olacağına inanıram. Mən də bu gün Azərbaycanda qələbə sevincini sizlərlə birgə yaşamağı çox istərdim. Amma səhhətimlə bağlı uzun zamandır heç bir yerə gedə bilmirəm. Xalqımız bilsin ki, həmişə olduğu kimi bu gün də Azərbaycanımla, xalqımla qürur duyuram. Azərbaycanda olmasam da, ürəyim həmişə ordadır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
"Tottenhem" 4 oyundur qol üzünə həsrətdir
-
Lamin Yamal: “Mən və o, ən yaxşı futbolçularıq”
-
Qurban Qurbanov əsas komandadan qovulan Abbas Hüseynovdan danışdı
-
Mbappe Ardadan danışdı: “1 saniyə göz-gözə gəlməyimiz kifayətdir”
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
XƏBƏR LENTİ
-
90 minə şəxsin maaşı artacaq - Nazir açıqladı
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
180 min nəfəri sevindirən qərar - Nazirlikdən açıqlama
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
İrem Derici hamilədir? – Özü cavabladı - (Foto)
-
Gürcüstan DTX-nın yeni rəhbəri seçildi - (Yenilənib)
-
Xaçmaz rayonunda arıçılıq və bal emalı sahəsinin inkişafı diqqət mərkəzindədir - (Foto)
-
Tıxaclar bitərsə, evlərin qiyməti necə dəyişəcək?
-
Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılır
-
"Tottenhem" 4 oyundur qol üzünə həsrətdir
-
"Həmin dövrdə təhdidlər alırdıq" - “Kurtlar Vadisi”nin ssenaristi
-
10 mindən çox azərbaycanlı Rusiyada təhsil alır
-
Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi - (Video)
-
Bakıda kişi çarpayıdan yıxılıb öldü
-
Lamin Yamal: “Mən və o, ən yaxşı futbolçularıq”
-
Bir həftədə 1348 hektardan çox ərazi minalardan təmizləndi
-
Bərdədə ana xəstəxanaya çatmamış doğuş etdi
-
İki nəfərin öldüyü ziplayn faciəsində yeni versiya ortaya çıxdı - (Foto)





