İdman

"Azərbaycan millisi 2 topdan artıq buraxmır"

17 Noyabr 2020 17:38
Baxış: 807
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lüksemburq yığmasının futbolçusu Lars Gerson UEFA Millətlər Liqasının 6-cı turunda Azərbaycanla keçirəcəkləri oyun barədə danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi yığmamızın son 2 matçda qol buraxmadığını vurğulayıb:

"Tamamilə öz oyunumuza köklənmişik. Şansımızı saxlamaq üçün bizə 3 xal lazımdır. Azərbaycan millisi son oyunlarda fərqli çıxış edir. Bir faktı deyim ki, komanda 2 topdan artıq buraxmır. Bizə çətin olacaq. Təəssüf ki, heyətimiz rəqibdəki kimi geniş deyil. İdeyamızı dəyişməli olacağıq. Oyuna nəzarət edən tərəf biz olmalıyıq".

Qeyd edək ki, bu gün "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.