İdman

"Latsio"da koronavirus testlərinin cavabı açıqlandı

7 Noyabr 2020 11:56
Baxış: 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Latsio"da bütün futbolçuların koronavirus testi mənfi çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, heç bir oyunçuda koronavirus aşkarlanmayıb. Məlumatı klubun tibbi heyətinin rəhbəri İvo Pulçini təsdiqləyib. O, oyunçuların İtaliya A seriyasının 8-ci turunda "Yuventus"a qarşı matçda oynaya biləcəyini söyləyib.

Qeyd edək ki, "Latsio"da bəzi oyunçularda koronavirus aşkarlanmışdı. Komandada Çiro İmmobile, Lukas Leyva və Tom Strakos Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Zenit"lə görüşü buraxmışdılar.

Əlavə edək ki, "Latsio" - "Yuventus" qarşılaşması sabah keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.