"Latsio"da bütün futbolçuların koronavirus testi mənfi çıxıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, heç bir oyunçuda koronavirus aşkarlanmayıb. Məlumatı klubun tibbi heyətinin rəhbəri İvo Pulçini təsdiqləyib. O, oyunçuların İtaliya A seriyasının 8-ci turunda "Yuventus"a qarşı matçda oynaya biləcəyini söyləyib.
Qeyd edək ki, "Latsio"da bəzi oyunçularda koronavirus aşkarlanmışdı. Komandada Çiro İmmobile, Lukas Leyva və Tom Strakos Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Zenit"lə görüşü buraxmışdılar.
Əlavə edək ki, "Latsio" - "Yuventus" qarşılaşması sabah keçiriləcək.
Milli.Az