İdman

"Yeni müqavilə ilə Messinin maaşı azaldılacaq"

7 Noyabr 2020 11:29
Baxış: 1 171
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" prezidentliyinə namizəd Toni Freyşa komandanın kapitanı Lionel Messi və digər oyunçuların müqavilələrini yeniləmək variantı haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, futbolçularla yeni müqavilə imzalamaq üçün maaşlarının azaltmalı  olduğunu deyib:

"Messi ilə sakit, üz-üzə danışacağıq. Messi, eyni zamanda müqaviləni yeniləməsi və ya imzalaması lazım olan bütün oyunçulara gəldikdə, bir təklif təqdim edəcəyik. Bu da əlbəttə ki, indiyədək olan şərtlərə cavab verməyəcək. Çünki gəlir xeyli azalıb və başqa bir düstur tapmaq lazım olacaq ".

Qeyd edək ki, Messinin "Barselona" ilə hazırkı müqaviləsi 2021-ci ilin yayı başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.