İdman

Millimizin rəqibi Portuqaliya və İtaliya ilə qarşılaşmaqdan imtina etdi

6 Noyabr 2020 16:54
Baxış: 989
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Millətlər Liqasının Azərbaycanla eyni qrupda yer alan Lüksemburq yığması Portuqaliya və İtaliya ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Lük Holts keçirdiyi mətbuat konfransında deyib.

Holts yerli federasiyanın Portuqaliya və İtaliyanın müraciətinə müsbət cavab verməməsinin səbəbini belə izah edib: "Bu komandalara qarşı boş tribunalarda oynamaq bütün ölkəni məyus edərdi. Daha əlverişli rəqibə üstünlük verildi".

Qeyd edək ki, Lüksemburq millisi noyabrın 11-də evdə Avstriya ilə yoldaşlıq görüşü keçirəcək. Komanda noyabrın 14-də səfərdə Kiprlə, noyabrın 17-də isə evdə Azərbaycan yığması ilə qarşılaşacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.