İdman

"Qrupdan çıxmaq bizim üçün çətinləşdi"

6 Noyabr 2020 09:44
Baxış: 6 437
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rəqibi təbrik edirəm. Çox istəkli idik, daha yaxşı oynaya bilərdik. Daha çox topa sahib olmaq istədik. Amma qarşımızda yaxşı müdafiə xətti var idi.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Türkiyədə "Sivasspor"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, rəqib sürətli hücuma çıxıb: "Sivasspor"un qələbəsi üçün sevinirəm, öz məğlubiyyətimizə görə isə üzülürəm. Futbolda qalibiyyət də var, məğlubiyyət də... Qrupdan çıxmaq bizim üçün çətinləşdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.