İdman

“Latsio” koronavirusa görə A seriyasından kənarlaşdırıla bilər

4 Noyabr 2020 16:14
Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Latsio" klubu İtaliya A seriyasından kənarlaşdırıla bilər.

Milli.Az apasport.az-a istinadla bildirir ki, buna səbəb "Torino" ilə qarşılaşmadır.

Həmin matçda Roma təmsilçisinin heyətində koronavirus testi müsbət nəticə verən futbolçuların meydana çıxdığı iddia edilir. Əgər bu iddialar təsdiqini tapsa, "Latsio" çempionatdan kənarlaşdırılacaq.

Məsələni prokurorluq araşdırır. Çiro İmmobile, Tomas Strakoşa və Lukas Leyvanın infeksiyalı olduğu bildirilir. Çünki həmin oyunçulara "Zenit"lə Rusiyadakı avrokubok matçına yollanmasına icazə verilməyib. Amma həmin oyunçular "Torino"ya qarşı oynayıb.

Artıq "Latsio"nun prezidenti Klaudio Lotito və həkimlər dindirilib. Klubun aşağı liqaya göndərilməsi ehtimalı ilə yanaşı, digər variant - maliyyə cəzası və xal silinməsi ilə canını qurtara bilməsi də istisna olunmur.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.