İdman

Neymar zədələndi

29 Oktyabr 2020 17:04
Baxış: 1 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Başakşəhər"lə matçda zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, görüşün 26-cı dəqiqəsində sıradan çıxıb və Pablo Sarabia ilə məcburi əvəzlənib.

Matçdan sonra Paris təmsilçisinin baş məşqçisi Tomas Tuhel braziliyalı hücumçunun zədəsi ilə bağlı bunları deyib: "Onu əvəzləməli idim. Şiddətli ağrıları yox idi, ancaq özünü narahat hiss edirdi. Sıx oyun qrafiki səbəbindən o, bir neçə matç buraxa  bilər. Ümid edirəm ki, ciddi zədə deyil. Testlərin nəticəsini gözləməliyik".

Qeyd edək ki, "Başakşəhər" - PSJ görüşü qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.