İdman

“Qarabağ” - “Vilyarreal” matçının hakimləri bilindi

27 Oktyabr 2020 16:20
Baxış: 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində İspaniyanın "Vilyarreal" klubuna qarşı keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə edilib.
 
Matçın baş hakimi Pavel Orel olacaq. Ona yan xətt hakimləri Petr Blajey və İrji Krjij kömək edəcək. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.
 
Hakim-inspektor Gürcüstandan olan Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiuqova olacaq.
 
Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.