İdman

"Real"ın futbolçusu həbs edilə bilər

23 Oktyabr 2020 19:02
Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın serbiyalı futbolçusu Luka Yoviç ölkəsində həbs edilə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu mart ayında Belqradda karantin qaydasını pozmaqda ittiham olunur. Ona 6 aylıq həbs cəzası verilə bilər.

Qeyd edək ki, martın 19-da İspaniyadan Serbiyaya gedən Yoviç 28 gün karantində qalmalı olsa da, Belqrad küçələrində görünüb.

Yoviçin bir müddət əvvəl ödədiyi 30 min avro cərimənin onun cəzasını yüngülləşdirəcəyi bildirilib. Futbolçu ev dustaqlığı cəzası da ala bilər.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.