İdman

“Qrupdan çıxmaq istəyirik” - “Makkabi”nin qapıçısı

22 Oktyabr 2020 09:33
Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasında irəliləməyə çox yaxın idik. Ancaq son anda büdrədik.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bunu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Təl-Əviv "Makkabi"sinin qapıçısı Daniel Tenebaum deyib.

Ölkəsinin mətbuatına açıqlama verən braziliyalı qolkiper bu gün üz-üzə gələcəkləri "Qarabağ"la matçdan etibarən uğurlu çıxış etməyi hədəflədiklərini söyləyib: "Avropa Liqasına uğurlu start götürmək üçün "Qarabağ"la görüşə hazırlığımızı yekunlaşdırmışıq. Qarşılaşmaya hərtərəfli köklənmişik, özümüzə güvənirik. Bu turnirdə mümkün qədər irəliləmək, növbəti mərhələyə çıxmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Koronavirus infeksiyasından sağalan futbolçular da hazırda komandaya kömək etməyə hazırdırlar".

Qeyd edək ki, bu gün Təl-Əvivdə keçiriləcək "Makkabi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.