Fransa Liqa-2-də "Valensiyen" və "Soşo" arasında matçda qalmaqal baş verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, matç başa çatdıqdan sonra "Valensiyen"in qapıçısı Jerom Prior rəqib futbolçu Useyn Tiunanın onun üzünü dişləməkdə ittiham edib.
O, üzündə dişlək izi olan yeri hakimə göstərib.
Məsələ ilə bağlı Fransa Futbol Federasiyasının araşdırma aparacağı bildirilib. İddia təsdiqini taparsa, bu halda Useynə ciddi cəza veriləcəyi gözlənilir.
Milli.Az