Bədii gimnastlar gəncəli gimnastlara mənəvi dəstək nümayiş etdiriblər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri 2 gün öncə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış Gəncə şəhərinə yollanıblar.
Azərbaycan Gimnastika Federasiyasından Milli.Az-a verilən məlumata görə, Zöhrə Ağamirova, eləcə də qrup hərəkətləri komandasının üzvləri Gəncədən olan bədii gimnastlarla görüşərək onlara mənəvi dəstək olublar. Gimnastlar Gəncədən olan həmkarlarına hədiyyələr də təqdim ediblər.
Daha sonra gimnastlarımız raket atəşi nəticəsində insan tələfatı və dağıntılar olan hadisə yerinə baş çəkmiş, həmin yerə gül dəstələri qoymuşlar.
Xatırladaq ki, 11 oktyabr gecə saat 2 radələrində Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Ermənistan ərazisindən növbəti dəfə raket hücumuna məruz qalıb. Nəticədə 10 nəfər həlak olmuş, 6-sı azyaşlı uşaq olmaqla 34 mülki vətəndaş yaralanmışdır.
Yığma üzvləri həmçinin, hadisə zamanı zərərçəkmiş ailələrə də baş çəkiblər.
Gimnastlarla birlikdə Gəncəyə yollanan bədii gimnastika üzrə Azərbaycan yığma komandasının Baş məşqçisi Mariana Vasileva baş verənlərdən və gördüklərindən çox təsirləndiyini bildirib.
"Baş verənləri şəkillərdən deyil, canlı olaraq görmək, zərər çəkən insanların yaşadıqlarını onların dilindən eşitmək tam başqa hisslər yaşadır. Xüsusilə də valideynlərini itirmiş uşaqların üzündəki kədəri görmək çox ağırdır. Bəziləri nəyin baş verdiyini belə anlamırlar. Analarını itirmiş uşaqlar isə onların hələ də qayıdacağını düşünürlər. Bu gün burada gördüklərimi heç vaxt unutmayacağam."
M.Vasileva qeyd edib ki, bütün dünya həqiqəti bilməlidir.
Azərbaycan Gimnastika Federasiyası bütün gimnastika ictimaiyyəti adından həlak olan şəxslərin yaxınlarına dərin hüznlə baş sağlığı verir, yaralılara isə şəfa diləyir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
XƏBƏR LENTİ
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü





