İdman

“Qarabağ” - “Səbail” oyunu təxirə salındı

29 Sentyabr 2020 19:06
Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının 5-ci turunun "Qarabağ" - "Səbail" oyunu təxirə salınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb. Bildirilib ki,  AFFA Peşəkar Futbol Liqasına müraciət edərək Azərbaycan milli komandasının Millətlər  Liqasının 10 oktyabr Monteneqro ilə səfər, 13 oktyabr Kiprlə ev oyununa daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqanın 5-ci turunun "Qarabağ" - "Səbail" oyunun təxirə salınmasını  istəyib. AFFA-nın müraciətini, milli komandanın mənafeyini və  adıçəkilən klubların razılığını rəhbər tutaraq Azərbaycan  Premyer Liqasının V turunun "Qarabağ" - "Səbail" oyunu başqa tarixə təxirə salınıb.

Oyunun tarixi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.