İdman

Suaresdən İtaliya vətəndaşlığı almağa qanunsuz cəhd

22 Sentyabr 2020 18:34
Baxış: 700
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"dan "Yuventus"a keçəcəyi iddia olunan Luis Suares qanunsuz şəkildə İtaliya vətəndaşlığı almağa cəhd edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, uruqvaylı hücumçu ölkənin vətəndaşlığını almaq üçün italyan dilindən imtahanı verib.  Lakin 32 yaşlı oyunçuya suallara cavabların əvvəlcədən göndərildiyi məlum olub. Buna görə də o, testin cavablarını əvvəlcədən öyrənə bilib.

Şübhəlilər arasında Peruca Xaricilər Universitetinin rektoru Xuliana Qreqio Bolli və ali təhsil ocağının baş direktoru Simione Olivieri var. Bildirilir ki, bu işdə Suares əsas günahkar hesab olunmur və hazırda universitetdə araşdırma aparılır.

Qeyd edək ki, Suaresin "Barselona"dan "Yuventus"a keçəcəyi haqda xəbərlər yayılsa da, klubun idman direktoru onunla müqavilə imzalamağa hazırlaşmadıqlarını bildirib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.