İdman

Smollinq "Roma"da qalmaq istəyir

22 Sentyabr 2020 18:19
Baxış: 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan və icarə əsasında "Roma"da çıxış edən Kriss Smollinq İtaliya klubunda qalmaq istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi hər iki klubun rəhbərliyinə A seriyası təmsilçisində oynamağa davam etmək istədiyini bildirib.  Lakin "Roma" ingiltərəli oynuçunu birdəfəlik almaq üçün Premyer Liqa təmsilçisinə 20 milyon avro ödəməlidir. Smollinq  isə "Roma"ya transfer məsələlərinə köməklik etmək məqsədi ilə öz maaşının bir hissəsinin kəsilməsinə razı olduğunu deyib.

Qeyd edək ki, K.Smollinq ötən mövsüm A seriyasında 26 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.