İdman

Kavani "Atletiko"da?

22 Sentyabr 2020 16:37
Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-dən ayrılan Edinson Kavani yeni klub axtarışındadır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun karyerasını "Atletiko"da davam etdirmək ehtimalı var.

Məlumata görə, ötən gün futbolçunun menecerləri Parisə yollanıblar və oradakı otellərin birində Madrid təmsilçisinin nümayəndələri ilə görüşüblər.  Bildirilir ki, onlar uruqvaylı oyunçu ilə  imzalamaq istədikləri  2 illik müqavilənin şərtlərini müzakirə ediblər.

Qeyd edək ki, "Atletiko" qış transfer pəncərəsi zamanı E.Kavanini heyətinə qatmaq istəsə də, keçid işləri uğursuzluqla nəticələnib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.