İdman

"Milan"ın bugünkü oyununa azarkeşlər buraxılacaq

21 Sentyabr 2020 17:33
Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Milan" A Seriyasında yeni mövsümün ilk oyununa çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Bolonya" ilə "San Siro"da keçiriləcək görüşə azarkeşlər də buraxılacaq. Bu, pandemiya dövründə A Seriyasında ilk belə haldır.

Min nəfər azarkeşin oyunu tribunadan izləməsinə icazə verilib. "Milan" həkimlər və digər səhiyyə işçilərini mata dəvət edib. Lombardiyanın müxtəlif tibbi müəssələrinin işçilərinə bilet paylandığı bildirilir. Bu, klubun koronavirusla mübarizədə göstərdikləri xidmətlərinə görə həkimlərə minnətdarlığıdır.

Futbolçuların ailə üzvlərinə və klubun tibbi işçilərinə də bilet paylanılıb.

Qeyd edək ki, "Milan" - "Bolonya" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.