İdman

Ronaldu ilin ən yaxşısı seçildi

19 Sentyabr 2020 17:52
Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştianu Ronaldu karyerası ərzində 5-ci dəfə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) mükafatına layiq görülüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün instaqram hesabında yazıb. 35 yaşlı hücumçu 2019-cı ildə dünyanın ən yaxşı bombardiri seçildiyini bildirib.

"İFFHS-in dünyanın ən mükafatını aldığım üçün xoşbəxtəm" - deyə portuqaliyalı oyunçu yazıb.

Qeyd edək ki, bu mükafat bir təqvim ili ərzində milli komanda və klub səviyyəsində ən çox qol vuran futbolçuya təqdim olunur. Ronaldu 2019-cu ildə milli və "Yuventus"da ümumilikdə 21 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.