İdman

David Silva koronavirusa qalib gəldi

15 Sentyabr 2020 18:09
Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Sociedad"ın yeni transferi David Silva koronavirusa qalib gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı futbolçu bu gün kollektivlə birlikdə məşq edib. İspan oyunçunun sentyabrın 20-də La Liqanın 2-ci turunda Real Madrid ilə ev oyununda meydana çıxması gözlənilir.

Qeyd edək ki, bu yay Manchester City-dən ayrılan David Silva Real Sociedad-a azad agent kimi keçib. Avqustun 31-də təqdimat mərasimi keçirilən futbolçuda koronavirus aşkarlandıqdan sonra o, 2 həftəlik karantinə alınmışdı.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.