İdman

"Rəhbərlik klubumuzun mənfəətlərini nəzərə alaraq, bu təklifi dəyərləndirir"

13 Sentyabr 2020 13:26
Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Leipzig" "Trabzonspor"un hücumçusu Aleksandr Sörlotu transfer etməyə yaxındır.

Milli.Az sportinfo.a-a istinadən xəbər verir ki, Türkiyə klubu Bundesliqa təmsilçisindən 24 yaşlı hücumçunun keçidi üçün rəsmi təklif aldığını bəyan edib:

"Futbolçumuz Aleksandr Sörlot üçün "Leipzig"dən təklif almışıq. Rəhbərlik klubumuzun mənfəətlərini nəzərə alaraq, bu təklifi dəyərləndirir".

Məlumata görə, "öküzlər" "bordo-mavilər"ə 20+4 milyon avro təklif göndərib. "Trabzonspor"un bu məbləği bir qədər artırıb, Sörlotu satacağı gözlənilir.

Norveçli futbolçu ötən mövsüm 22 qolla Türkiyə Super Liqasının bombardiri olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.