"Avropa Liqasına vəsiqə qazanmaq niyyətindəyəm" - Rəşad Sadıqov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Maraqlı oyun alındı. Qarşılaşma gərgin keçdi. Rəqib ilk turda "Neftçi" ilə görüşdə əzmkar mübarizə apardı. Bilirdik ki, sona qədər oynayacaqlar. Komanda üçün vacib 3 xal qazandıq. Düşünürəm ki, bunun ardını gətirəcəyik".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 2-ci turunda səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, komandada çatışmayan cəhətlər var: "İlk oyuna görə daha yaxşı idik. Qarşıma hansısa hədəf qoymağı sevmirəm. Hər oyuna qələbə üçün baxırıq. Komanda olaraq düzgün addımlar atmaq istəyirik.
Həmişə hər şeyin ən yaxşısını istəmişəm. Mən də Avropa Liqasına vəsiqə qazanmaq niyyətindəyəm. Hədəflərə düzgün oyunla çatmaq fikrindəyəm.
Komanda şəklində yaxşı olmalı və düzgün futbol oynamalıyıq. Qələbə hər zaman şirindir, amma baxımlı oyun olanda daha yaxşı olur. Avropa arenasında daha yaxşı komandalar görə bilərik.
İstəyirəm ki, komanda böyüsün, çox keyfiyyətli futbolçularım var. Bizim komandada futbolumuzun gələcəyi olan oyunçular çoxdur. Oyunlarda daha inamlı və cəsurdurlar. Mən harada olursa-olsun, həmişə nəticə qazanmaq istəyirəm".
Gənc baş məşqçinin sözlərinə görə, bu gün xal itirə bilərdilər: "Heç kim səhvdən sığortalanmayıb. Komandamız oyunun sonunda rəqibin təzyiqinə dözdü. Futbolçular soyuqqanlı oldular və düzgün davrandılar. Hər oyunda pozitiv futbol sərgiləməyə çalışacağıq".
Sadıqov Ağabala Ramazanovun oyunda iştirak etməməsinə aydınlıq gətirib: "Ağabala iki gün öncə məşqdə zədələndi, bizim üçün gözlənilməz oldu. Futbolda zədələr var, buna hazır olmalıyıq. Ruslan Qurbanov bu gün meydanda aldığı şansdan yaxşı istifadə etdi".
Baş məşqçi Ramazanovun yığmaya çağırılmaması barədə bunları deyib: "Milli komanda elə yerdir ki, təklif ola və olmaya bilər. Səbrli davranmaq lazımdır. Onun çağırılmamasına haqsız qərar demək olmaz. Hər baş məşqçinin öz seçimi var. Səbrli olmaq, çalışmaq və baş məşqçinin etimadını qazanmaq lazımdır. Bunu bütün oyunçularıma demişəm"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Onun ödünü çıxaranda qaraciyərini də zədələyiblər”
-
Fransada çempion bəlli oldu
-
Suyun altına görünməz baryer qurdular: Qabarcıqlarla zibillərin qaçışı əngəllənir
-
“Ana-atamı yaxşı tanımamışam”
-
Bəlkə də təmizliyə səhv otaqdan başlayırsınız - Mütəxəssislər ilk dayanacağı açıqladı
-
Sevəndə gözü heçnə görməyən 4 bürc
-
İnəklərin niyə həmişə eyni istiqamətə baxaraq otladığı izah edildi
-
Paltardakı ləkələri çıxarmağın sadə yolu
-
Gülləri uzun müddət təravətli saxlamağın sirri açıqlandı
-
Beynimiz bu yaşdan sonra KİÇİLİRMİŞ
-
Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA
-
Toz və səs-küyü azaltmaq üçün tikinti sahəsini nəhəng qabarcıqlarla örtdülər
-
62 yaşlı Hülya Avşarın müzakirə yaradan VİDEOsu: Serenayla Merti ƏLƏ SALDI
-
Vahid idarəetmə sistemi qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Əli Avropa çempionu oldu
-
FİFA dünya çempionatı ilə bağlı yeni qərar verdi
-
Çin avtomobilləri sınaqdan keçə bilmədi: Alıcılar yenidən "köhnə dostlara" qayıdır
-
Günün qoroskopu: artıq hazırırsınız, sadəcə addım atmaq qalır
-
Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb - FOTO
-
“Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
-
“Hisin-pasın içində can veririk”
-
"Yeni Delta 2026" ekspedisiyasının həyəcan təbili: Xəzərin dibi üzə çıxır - FOTO
-
“Eşref Rüya”da yeni sima - “İhtiyar” - FOTO
-
Valdas Dambrauskas: "Futbolçularım uğura ac idilər"





