İdman

Meza Kolli Rumıniya klubundan ayrıldı

11 Sentyabr 2020 16:30
Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən mövsüm icarə əsasında "Keşlə"də çıxış etmiş Sezar Meza Kolli Rumıniyanın "Universitatya" klubundan ayrılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Paraqvaylı futbolçunun klubla müqaviləsi 2021-ci ilin yayına qədər idi.

AFFA-nın milliləşdirmək istədiyi Meza Kollinin "Keşlə"yə qayıdacağı iddia edilir. O, 2013 - 2016 və 2018-ci ildə də paytaxt klubunda çıxış edib. Meza Kolli həmçinin 2016/2017 mövsümündə "Zirə"də oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.