Ötən mövsüm icarə əsasında "Keşlə"də çıxış etmiş Sezar Meza Kolli Rumıniyanın "Universitatya" klubundan ayrılıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Paraqvaylı futbolçunun klubla müqaviləsi 2021-ci ilin yayına qədər idi.
AFFA-nın milliləşdirmək istədiyi Meza Kollinin "Keşlə"yə qayıdacağı iddia edilir. O, 2013 - 2016 və 2018-ci ildə də paytaxt klubunda çıxış edib. Meza Kolli həmçinin 2016/2017 mövsümündə "Zirə"də oynayıb.
Milli.Az