İdman

Konqolu hücumçu "Neftçi"də - Rəsmi

11 Sentyabr 2020 16:08
Baxış: 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi" hücumçu transferini rəsmiləşdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Konqo milli komandasının üzvü Prins İbara ilə 1 illik müqavilə imzalanıb.

Belçikanın "Birşot" klubuna (2019-2020; 12 oyun) məxsus olan 24 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında "ağ-qaralar"da çıxış edəcək. O, 13 nömrəli formanı geyinəcək.

Prins İbara Konqonun ACNFF (2014), "Pelikan" (2015; 6 oyun, 6 qol), Tunisin "Bizerten" (2015-2017; 19 oyun, 8 qol), Qətərin "Əl-Vakra" (2017-2018; 9 oyun, 1 qol) və Əlcəzairin "USM Əlcəzair" (2018-2019, 27 oyun, 10 qol) klublarında çıxış edib və 2019-cu ildə Əlcəzair çempionu olub. İbara Konqo milli komandasının heyətində 11 oyun keçirib, 3 qol vurub.

Xatırladaq ki, "Neftçi" yay fasiləsində Cabir Əmirli, Fəhmin Muradbəyli (icarədən qayıdıb), Yusuf Laval, Sabir Buqrin, Rener Alves De Souza və Talisson Diazı da heyətinə cəlb edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.