İdman

Messi görmə qabiliyyəti zəif olan 11 uşağa kömək etdi

10 Sentyabr 2020 18:14
Baxış: 1 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın hücumçusu Lionel Messi görmə qabiliyyəti zəif olan "Arsenal" azarkeşinə və 11 uşağa kömək edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu Barselonaya dəvət edilən həmin uşaqlarla görüşüb və onların hər birinə bir cüt yüksək texnologiyalı "OrCam" eynəyi hədiyyə edib.

Görmə qüsurlu insanlar eynəyin köməyi ilə üzləri, rəngləri, məhsulları, əsginasları tanıyacaqlar. Bu cihaz süni zəkadan istifadə  edərək mətni ucadan oxumaq və ya qarşısındakılar barədə istifadəçiyə məlumat vermək kimi bir neçə funksiyaya malikdir. Eynəyin qiyməti 4 min dollardan çoxdur.

"Bu cihaz onların hər birinin həyatını dəyişdirəcəkdir. Çoxlarına həqiqətən kömək etmək üçün OrCam səfiri olduğum üçün fəxr edirəm" - deyə Messi bildirib.

Argentinalı oyunçu hər il bu cihazdan görmə qabiliyyəti zəif olanlara bağışlamaq niyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.