İdman

"Milan"da yeni futbolçu

10 Sentyabr 2020 16:09
Baxış: 748
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Milan" "Breşia"nın futbolçusu Sandro Tonalini icarəyə götürüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. İcarə müqaviləsinin müddəti açıqlanmayıb. "Milan"ın İtaliya millisinin oyunçusunu birdəfəlik almaq hüququna malik olduğu vurğulanıb.

İtaliya mətbuatı "Milan"ın 20 yaşlı yarımmüdafiəçi üçün 10 milyon avro icarə haqqı ödəyəcəyini yazıb. Onun birdəfəlik almağa görə isə 25 milyon avro ödənməlidir.

Qeyd  edək ki, Tonali yeni klubunda 8 nömrəli forma ilə çıxış edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.