İdman

"Qəbələ" xorvatiyalı futbolçu aldı

8 Sentyabr 2020 23:24
Baxış: 1 127
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" xorvatiyalı müdafiəçi Vinko Medimoreçin keçidini gerçəkləşdirib. 26 yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına "Koprivinitsa"da başlayan müdafiəçi 2014-2015-ci illər mövsümündə bu komandada çıxış edib. 2015-ci ildə "Slaven"ə keçən Vinko son 5 mövsümdə yüksək dəstə təmsilçisinin formasını geyinib. O, bu komandada 98 oyunda 4 qol vurub. Arxa xətt oyunçusu 2015-2016-cı illər mövsümündə Xorvatiya kubokunun finalçısı olub.

Qeyd edək ki, "Qəbələ" yay fasiləsində Cavid Hüseynov, Yurgen Qoxa və Stefan Vukçeviçi də heyətinə cəlb edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.