İdman

“Real” maaşları yenidən azaldır

5 Sentyabr 2020 17:26
Baxış: 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real" məşqçilərin və futbolçuların maaşını yenidən müvəqqəti azalda bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranın Madrid təmsilçisinin büdcəsinə də zərər vurmasıdır. "Kral klubu"nun rəhbərliyi düşünür ki, matçlar azarkeşsiz keçirildiyi üçün və bilet satışından gəlir götürülmədiyinə görə komanda maaşla bağlı yenidən ixtisara gedə bilər. Lakin hələ klub üzvləri ilə bu barədə danışıqlar aparılmayıb.

Bundan əvvəl aprel ayında məşqçilərin, oyunçuların və digər nümayəndələrin məvaciblərində 10-20 faiz həcmində azalma olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.