İdman

"Traktor" İran kubokunu qazandı

3 Sentyabr 2020 21:27
Baxış: 1 029
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təbrizin "Traktor" klubu İran kubokunun sahibi olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi paytaxt Tehrandakı "Azadi" stadionunda keçirilən final matçında "İstiqlal"la qarşılaşıb. Təbrizlilər Tehran klubuna 3:2 hesabı ilə qalib gələrək kuboku qazanıb.

Qeyd edək ki, "al qurdlar" tarixində ikinci dəfədir ölkə kubokunu qazanır. İlk dəfə 2014-cü ildə bu uğura imza atan "Traktor" 1976 və 1994-cü ildə finalçı olub.

Əlavə edək ki, "Traktor" kuboku qazanmaqla Asiya Çempionlar Liqasının birbaşa qrup mərhələsindən mübarizəyə başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.