İdman

"Müsəlman döyüşçü ilə qarşı-qarşıya gəlmək istəmərəm"

2 Sentyabr 2020 13:44
Baxış: 2 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı MMA döyüşçüsü Maqomed İsmayılov maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Fight Show" "YouTube" kanalına danışan İsmayılov rinqdə müsəlman idmançı ilə qarşılaşmaq istəmədiyini bildirib.

İdmançı qeyd edib ki, o, rəqiblərini milli mənsubiyyətinə görə bölmək niyyətində deyil. Amma mənəvi olaraq oktaqonda müsəlman dinindən olan döyüşçü ilə üz-üzə gəlmək istəmir.

Bundan başqa Maqomed vurğulayıb ki, o, dostları ilə dalaşmır və reklamlara çəkilməyi sevmir.

Qeyd edək ki, iyulun 24-də Soçidə ACA-107 turnirində Aleksandr Yemelyanenko ilə üz-üzə gələn İsmayılov qələbə qazanmışdı. O, cavab görüşünün də maraqlı olacağını düşündüyü üçün həmin rəqiblə revanşa razılıq verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.