"Napoli" futbolçusu Çiro İmmobile ilə müqaviləni uzadıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, italiyalı hücumçunun yeni sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 30 yaşlı forvard ötən mövsüm A seriyasında 36 qol vuraraq bombardir olub. O, həm də Avropa çempionatlarının ən məhsuldar futbolçusu kimi "Qızıl buts" mükafatını qazanıb.
Milli.Az