“Qızıl buts”un sahibi ilə 5 illik müqavilə - Rəsmi

31 Avqust 2020 20:14

"Napoli" futbolçusu Çiro İmmobile ilə müqaviləni uzadıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, italiyalı hücumçunun yeni sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 30 yaşlı forvard ötən mövsüm A seriyasında 36 qol vuraraq bombardir olub. O, həm də Avropa çempionatlarının ən məhsuldar futbolçusu kimi "Qızıl buts" mükafatını qazanıb.

Milli.Az