İdman

Levandovski ilin ən yaxşısı seçildi

30 Avqust 2020 17:19
Baxış: 1 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada ilin futbolçusu müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Kicker" nəşrinin Almaniya İdman Jurnalistləri Assosiasiyasının üzvləri arasında apardığı sorğunun qalibi "Bayern Münich"in və Polşa millisinin hücumçusu Robert Levandovski olub. Forvard 276 xal toplayıb.

Levandovskini "Bayern"dəki komanda yoldaşı Tomas Müller izləyib - 54 xal. Üçüncü yeri Münhen təmsilçisinin digər bir ulduzu Coşua Kimmix tutub - 49 xal.

Qeyd edək ki, Levandovski 2019/20 mövsümündə "Bayern"in heyətində meydana çıxdığı 47 rəsmi oyunda 55 qol vurub və 10 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.