İdman

Əmir Ağayev millidən kənarda qaldı

28 Avqust 2020 23:15
Baxış: 1 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanın Atromitos klubunda çıxış edən Əmir Ağayev Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak etməyəcək.

AFFA-dan Milli.Az-a verilən məlumata görə, assosiasiya oyunçunun milliləşdirilməsi ilə bağlı FIFA-ya müraciət etsə də, hələ cavab almaylb. Hazırda məsələyə FIFA-nın uyğun komissiyasında baxılır, AFFA ilə FIFA arasında zəruri sənədlərin dövriyyəsi davam edir.

Yığmanın UEFA Millətlər Liqasında keçirəcəyi oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışına artıq avqustun 27-dən start verildiyi və məsələ ilə bağlı FIFA-nın hələ yekun qərar qəbul etməməsi nəzərə alınaraq, Ağayevin hazırkı toplanışa qatılmayacağı açıqlanıb.

Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.