İdman

"Sumqayıt"dan Avroliqada uğursuz debüt - YENİLƏNİB - FOTO

27 Avqust 2020 22:11
Baxış: 2 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:11

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk dəfə turnirdə ölkəmizi təmsil edən "Sumqayıt" da bu gün meydana çıxıb.

Ayxan Abbasovun komandası debüt matçında Şimali Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Mərhələ bir oyundan ibarət olduğundan "Şkendiya" 2-ci raunda yüksəlib.

Debütü uğursuz olan "Sumqayıt" isə mübarizəni dayandırıb.

27 avqust

Avropa Liqası

1-ci təsnifat mərhələsi


20:00. "Sumqayıt" (Azərbaycan) - "Şkendiya" (Şimali Makedoniya) - 0:2
Qol:
 Besart İbrahimi, 56-pen (0:1), L.Doriev, 89- pen. (0:2)
Hakimlər: Arman İsmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan)
Sumqayıt. "Kapital Bank Arena"

21:16

20:00. "Sumqayıt" (Azərbaycan) - "Şkendiya" (Şimali Makedoniya) - 0:1 (İkinci hissə)
Hakimlər:
 Arman Esmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan)
Sumqayıt. "Kapital Bank Arena"

20:11

Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsində 45 oyun keçiriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk dəfə bu turnirdə ölkəmizi təmsil edən "Sumqayıt" da bu gün meydana çıxıb.

Ayxan Abbasovun komandası debüt matçında Şimali Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gəlir

Qeyd edək ki, mərhələ bir oyundan ibarət olduğundan qalib gələn tərəf 2-ci raunda yüksələcək.

27 avqust

Avropa Liqası

1-ci təsnifat mərhələsi


20:00. "Sumqayıt" (Azərbaycan) - "Şkendiya" (Şimali Makedoniya) - 0:0 (Birinci hissə)
Hakimlər:
 Arman Esmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan)
Sumqayıt. "Kapital Bank Arena"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.