İdman

"Astana" baş məşqçisiz qaldı

27 Avqust 2020 18:54
Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanın "Astana" komandası baş məşqçisi Mixal Bileklə yollarını ayırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 55 yaşlı çexiyalı mütəxəssis vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılb.

2020-ci ilin əvvəlində baş məşqçi təyin olunan Bilekin müqaviləsi ləğv edilib. O, hazırda Qazaxıstan millisinin də baş məşqçisidir.

Qeyd edək ki, "Astana" avqustun 18-də UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Belarusun Dinamo Brest komandasına 3:6 hesabı ilə uduzub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.