İdman

"Qarabağ" "Şerif"ə qarşı

26 Avqust 2020 11:56
Baxış: 2 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ" da bu gün meydana çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Moldova "Şerif"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

"Şerif" artıq üçüncü dəfərdir avrokuboklarda "Qarabağ"a rəqib olur. Bundan əvvəlki görüşlərdə təmsilçimiz Moldova klubundan güclü olub. 2017/18 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şerif"i mübarizədən kənarlaşdıran (0:0, 2:1) Ağdam təmsilçisi növbəti dəfə Avroliqanın pley-offunda tiraspollularla üz-üzə gəlib. 2018/19 mövsümündəki duellərdə də "Qarabağ" üstün tərəf olaraq (0:1, 3:0) qrup mərhələsinə yüksəlib.

Bugünkü oyunun qalibi ÇL-in 3-cü təsnifat mərhələsinə yüksələcək. Məğlub olan tərəf isə Avropa Liqasının 3-cü raundunda mübarizə aparacaq.

Xatırladaq ki, "Qarabağ" 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Sileksi"nə 4:0 hesabı ilə qalib gəlib.

26 avqust

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

20:00. "Qarabağ" (Azərbaycan) - "Şerif" (Moldova)

Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.