İdman

Braziliyada qanlı olay: 2 azarkeş öldürüldü

25 Avqust 2020 17:05
Baxış: 779
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliya A seriyasının "Palmeyras" - "Santos" oyunundan sonra azarkeşlər arasında qarşıdurma baş verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hadisə gecə klublarından birində baş verib. Burada hər iki klubun fanatları məclis qurublar. Həmin vaxt onların arasında arasında mübahisə baş verib və 21 yaşlı "Palmeyras" azarkeşi rəqibin 2 fanatına atəş açaraq, onları qətlə yetirib. O, bu hərəkətindən sonra polisə günahını etiraf edib.

Bildirilir ki, atışmada digər şəxslər də xəsarət alıb. Onlar tibbi yardımdan sonra xəstəxanadan evə buraxılıblar.

Qeyd edək ki, "Palmeyras" - "Santos" görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.