İdman

"Arsenal"da ayrılıq

23 Avqust 2020 15:15
Baxış: 1 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Arsenal"da köməkçi məşqçi kimi çalışan Fredrik Lyunqberq postundan ayrılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, istefa qərarını sosial şəbəkə hesabında açıqlayıb.

43 yaşlı isveçli mütəxəssis məşqçilik təcrübəsini başqa klublarda daha da zənginləşdirmək üçün "Arsenal"dan ayrıldığını bəyan edib. Hələlik onun karyerasını hansı klubda davam etdirəcəyi bilinmir.

Qeyd edək ki, Lyunqberq futbolçu karyerası dönəmində 1998-2007-ci illər aralığında "Arsenal"da oynayıb. O, 326 oyuna çıxdığı bu komandada 2019-cu ildən də məşqçi kimi çalışırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.