İdman

"Qarabağ"ın rəqibi müəyyənləşir

19 Avqust 2020 11:45
Baxış: 1 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, keçiriləcək 12 oyunla 2-ci tura yüksələn bütün komandalar bəlli olacaq. 

Ötən gün Şimali Makedoniyanın "Sileks" klubuna 4:0 hesabı ilə qalib gələrək mərhələ adlayan təmsilçimiz "Qarabağ"ın da 2-ci raunddakı rəqibi müəyyənləşəcək. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) oyununun qalibi "Qarabağ"a rəqib olacaq.

Qeyd edək ki, 2-ci təsnifat mərhələinin oyunları avqustun 25-26-da keçiriləcək.

19 avqust

Çempionlar Liqası

1-ci təsnifat mərhələsi

19:00. "Ararat" (Ermənistan) - "Omoniya" (Kipr)

20:00. "Molde" (Norveç) - "KuPS" (Finlandiya)

20:30. "Flora" (Estoniya) - "Suduva" (Litva)

21:00. "Tselye" (Sloveniya) - "Dandolk" (İrlandiya)

21:00. "Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya)

21:00. "Ferentsvaroş" (Macarıstan) -  "Yurqorden" (İsveç)

21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Riqa" (Latviya)

22:00. "Buduçnost" (Monteneqro) - "Lüdoqorets" (Bolqarıstan)

22:00. "Konnas Ki" (Uels) - "Sarayevo" (Bosniya və Herseqovina)

22:00. "Klaksvik" (Farer adaları) - "Slovan" (Slovakiya)

22:00. "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq)

23:00. "Floriana" (Malta) - ÇFR (Rumıniya)

18 avqust

"Qarabağ" (Azərbaycan) - "Sileks" (Şimali Makedoniya) - 4:0
 
"Legiya" (Polşa) - "Linfild" (Şimali İrlandiya) - 1:0
 
"Dinamo" (Brest, Belarus) - "Astana" (Qazaxıstan) - 6:3
 
"Seltik" (Şotlandiya) - "Reykyavik" (İslandiya) - 6:0
 
"Srvena Zvezda" (Serbiya) - "Europa" (Cəbəllütariq) - 5:0

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.