Ajax Barselona-nın futbolçusu Luis Suarezi transfer etmək üçün hərəkətə keçib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Amsterdam təmsilçisinin idman direktoru Mark Overmars uruqvaylı hücumçunu komandaya qaytarmaq üçün danışıqlara başlayıb.
33 yaşlı futbolçunun katalonlara müqaviləsi 2021-ci ilin iyunun 30-da bitəcək. Bu səbəbdən Niderland təmsilçisi transfer üçün elə də böyük məbləğ sərf etməyə bilər.
Qeyd edək ki, Suarez daha öncə 2007-2011-ci illərdə Ajax-da çıxış edib.
Milli.Az