İdman

"Qarabağ"da ciddi itki

18 Avqust 2020 13:52
Baxış: 1 115
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Sileks"lə oyunu buraxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb onun ötən mövsüm "Düdelanj"la Bakıda keçirilən Avropa Liqasının qrup mərhələsinin son matçında (1:1) qırmızı vərəqə almasıdır. Sözügedən görüşdə iki sarı vərəqə aldıqdan sonra meydanı tərk edən 27 yaşlı yarımmüdafiəçinin 1 oyunluq cəzası var. Buna görə o, bu gün keçiriləcək matçda meydana olmayacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sileks" görüşü saat 20:00-da başlayacaq.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.