İdman

Çempionlar Liqasında daha bir SENSASİYA!

16 Avqust 2020 00:55
Baxış: 3 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Çempionlar Liqasının son 1/4 final oyunu keçirildi.

Milli.Az xəbər verir ki, Portuqaliyadakı "Joze Alvalade" stadionunda oynanılan matçda favorit "Mançester Siti" "Lion"la üz-üzə gəldi.

Oyunun favoriti sayılan "Mançester Siti" gözlənilmədən uduzdu.

Cütün qalibi yarımfinal mərhələsində "Bavariya" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Bavariya" ilə yanaşı əvvəlki PSJ və "Leyptsiq" də yarımfinala vəsiqə qazanıb.

15 avqust

"Mançester Siti" (İngiltərə) - "Lion" (Fransa) - 1:3

Qollar: Kevin De Bruyne (69); Maksvell Korne (24), Mussa Dembele (79, 87).

12 avqust

"Atalanta" (İtaliya) - PSJ (Fransa) - 1:2

13 avqust

"Leyptsiq" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1

14 avqust

"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 2:8

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.