İdman

Çempionlar Liqasında texniki məğlubiyyət

13 Avqust 2020 08:28
Baxış: 1 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsindən təxirə salınan "Drita" (Kosovo) - "Linfild" (Şimali İrlandiya) oyunu ilə bağlı qərarını açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Drita"nın iki futbolçusunda koronavirus aşkarlandığı üçün baş tutmayan görüş keçirilməyəcək.

1-ci təsnifat mərhələsinin oyunlarına az vaxt qalmasını əsas gətirən qitə futbol qurumu "Drita"ya 0:3 hesablı texniki məğlubiyyət verib. Nəticədə "Linfild" növbəti mərhələyə vəsiqə qazanıb.
 
Qeyd edək ki, "Linfild" ÇL-in 1-ci təsnifat mərhələsində "Legiya" (Polşa) ilə qarşılaşacaq. Bu mərhələnin oyunları avqustun 18-19-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.