İdman

Avropa Liqasında görünməmiş seriya

11 Avqust 2020 09:22
Baxış: 1 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçikalı futbolçu Romelu Lukaku Avropa Liqasının tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, forvard turnirin tarixində meydana çıxdığı ardıcıl 9 oyunda qol vuran ilk futbolçu olub.

O, İtaliya "İnter"inin "Bayer"lə hazırda davam edən 1/4 final matçında seriyasını 9-a çatdırıb. Lukaku Milan klubu ilə meydana çıxdığı 4 görüşün hərəsində bir qol vurub. Bundan əvvəl "Everton"la Avropa Liqasında oynamış hücumçu 5 matçda 8 dəfə fərqlənmişdi. Bu, 2014/15 mövsümündə baş verib.

Lukaku həm də "İnter"in tarixinə düşüb. O, Milan təmsilçisinin heyətində ardıcıl 6 avrokubok görüşündə qol sevinci yaşayan ilk futbolçudur. Bu 6 matçdan ikisi Çempionlar Liqası, dördü Avropa Liqasında baş tutub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.